Ölkə futbolu

“Son dəqiqələrdə 3-4 qol şansımız oldu” – “Şamaxı”nın baş məşqçisi

“Neftçi” ölkəmizin flaqmanıdır. Azarkeşlər tərəfindən çox sevilir. Həftəsonu olduğuna görə, azarkeşlər də stadiona gəldi. Maraqlı oyun alındı. Çətin olacağını bilirdik. Futbolçular gözlədiyimizdən də artıq oyun nümayiş etdirdi. Rəqibə əzmkarlıqda, taktiki planda geri qalmadıq. Təəssüf ki, ani diqqətsizlik qolla nəticələndi. “Neftçi”ni təbrik edirəm və gələcəkdə onlara uğurlar arzulayıram. Biz də, yolumuza davam edirik”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 26-cı turunun “Neftçi” ilə oyunundan sonra keçirilən mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Əks-hücumların sonluğunu gətirmək üçün məşqdə işləyirik. Ədalətli nəticə heç-heçə idi. Amma “Neftçi”nin də yaxşı oyununu dəyərləndirməliyik. Oyunçular istədiyimiz məsafələrə qaçıblar, mübarizə aparıblar. Son dəqiqələrdə 3-4 qol şansımız oldu.

Ardıcıl dörd oyundur ki, üst pillələrdə qərarlaşan komandalarla oynayırıq. Futbolçularla danışırıq ki, ani diqqətsizliyimiz olmamalıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43