02 İyul 2026
Ölkə futbolu

“Qarabağ” hücumçu axtarır – İsveç klubunun şərti var 

İsveçin “Malmö” klubunun hücumçusu Salifu Suma “Qarabağ”ın maraq dairəsinə düşüb.

İdmanxeber.az yerli mətbuata istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi 22 yaşlı forvardı əvvəlcə icarəyə götürmək niyyətindədir. Lakin İsveç klubu oyunçunu yalnız birdəfəlik satmağa hazırdır və onun üçün 1,3 milyon avro tələb edir.

Hazırda Polşanın “Radomyak” komandasında icarədə çıxış edən Sumanın transferi ilə başqa klublar da maraqlanır. Futbolçunun “Malmö” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

23 yaşlı futbolçu cari mövsüm Polşa klubunda 12 oyunda meydana çıxıb və heç nə ilə yadda qalmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43