12 İyul 2026
Ölkə futbolu

“Qarabağ” İrlandiyada dəstəksiz qalmayacaq

“Qarabağ” sabah UEFA Çempionlar Liqası II təsnifat mərhələsi çərçivəsində İrlandiyanın “Şelbrun” klubu ilə üz-üzə gələcək.

Təmsilçimiz artıq sözügedən ölkədədir. Ağdam təmsilçisi bu gün oyun öncəsi son məşqini keçirəcək.

“Köhlən atlar” İrlandiyada dəstəksiz qalmayacaq.

Paytaxt Dublində yerləşən “Tolka Park” arenada baş tutacaq matçda Azərbaycan klubunu 100-dən artıq azarkeş dəstəkləyəcək.

“Şelbrun” – “Qarabağ” oyunu iyulun 23-də oynanacaq.

Bu komandaların cavab görüşü isə iyulun 30-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43