Kateqoriyasız

“Qarabağ” “Kayrat”la oyunu izləmək istəyən azarkeşlərə müraciət etdi

“Qarabağ” klubu Qazaxıstanda “Kayrat”a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin 4-cü tur oyununu izləmək istəyən azərbaycanlı azarkeşlərə müraciət edib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Qarabağ”ın müraciətini təqdim edirik:

“Almatıdakı oyunu stadiondan izləmək istəyən soydaşlarımızın nəzərinə!

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək “Kayrat” – “Qarabağ” matçına biletlər satışdadır.

Xatırladaq ki, oyunu stadiondan izləmək və komandamıza dəstək olmaq istəyən azarkeşlərə “Kayrat” klubu tərəfindən 26, 27 və 28-ci sektorlar ayrılıb.

Bilet alarkən bunu nəzərə almağınızı xahiş edirik.

Biletlərin qiyməti 2 min təngədir”.

Noyabrın 4-də keçiriləcək “Kayrat” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43