Ölkə futbolu

“Qarabağ” – “Kopenhagen” matçı öncəsi Respublika stadionunda ən son yeniliklər – FOTOLAR

Tofiq Bəhramov adına Respublika stadionunda yenilnmə işləri başa çatıb.
İdmanxeber.com-un “Qarabağ” klubunun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, “Goal line” sistemi (Qolların avtomatik müəyyənləşdirmə sistemi) qurulub.

UEFA-nın tələblərinə əsasən qurulan bu sistem  topun qapı xəttini keçib-keçmədiyini avtomatik müəyyənləşdirəcək.

“Goal line” sistemi Azərbaycanın futbol tarixində ilk dəfə olaraq “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində avqustun 15-də  “Kopenhagen”lə keçirəcəyi oyunda tətbiq olunacaq.
 

Bundan əlavə, Respublika stadionunda UEFA-nın tələbinə əsasən, meydanın kənarında bilbordlar – elektron reklam lövhələri quraşdırılıb. Pley-off matçında bilbordların olması vacibdir.  




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43