Ölkə futbolu

“Qarabağ”ın oyununa bilet satışından son xəbər: Azarkeşlər narazıdı, ancaq VİP – FOTO

 

Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində evdə "Kopenhagen"lə üz-üzə gələcək "Qarabağ"ın oyununa bilet demək olar dükənib.

İdmanxeber.com-a daxil olan məlumata görə, bilet almaq üçün Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına yaxınlaşan futbolsevərlər oradan məyus şəkildə geri qayıdır. Çünki artıq satışda qalan yeganə biletlər 50 manat dəyərindədi ki, həmin yerlər VİP sektoruna aiddi. VİP kimi satışı 7-ci kassada olan 5 manatlıq biletlər belə, bitdiyindən azarkeşlər öz narazılığını bildirir. Fanatlar biletlərin çoxunun "qara bazar" tərəfindən alınmasından şikayət edir. Fotodan da göründüü kimi digər kassaların pəncərələri artıq bağlanıb.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43