05 İyul 2026
Ölkə futbolu

“Qarabağ” – “Linkoln” matçına nə qədər bilet satılıb?

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”la keçirəcəyi oyuna 18 500 bilet satılıb.

İdmanxeber.az-ın məlumatına görə, bu gün təxminən 68 000 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmaya bilet satışı davam edir. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir. Görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43