Albaniyanın “Tirana” klubundan Redon Cicanı heyətinə qatan “Qarabağ” futbolçunun keçidini yaxın günlərdə rəsmən açıqlayacaq.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu bu gün Tovuza yola düşəcək. “Köhlən atlar”ın 24 yaşlı yeni transferi isə bu gün Bakıya gələcək.
Tibbi müayinədən keçəcək Albaniya millisinin üzvü daha sonra “Qarabağ”la müqavilə imzalayacaq.