İdman

“Qarabağ” – “Qalatasaray” matçının hakimləri açıqlandı

Martın 26-da Bakı Olimpiya Stadionunda Qarabağ”la Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

İsmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Oyunun VAR hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43