19 İyun 2026
Ölkə futbolu

“Qarabağ” rəsmisindən “Sabah”ın paylaşımına cavab: “Azarkeşlər arasında fərq qoymamışıq”

“Qarabağ” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda bu gün “Sabah”la üz-üzə gələcək. Ağdam təmsilçisi matçdan öncə stadiona gələn xanım və 15 yaşadək azyaşlı azarkeşlərin biletləri pulsuz əldə edəcəyini  açıqlayıb. 

Bunun ardından “Sabah” tərəfi sosial şəbəkə hesabından etdiyi paylaşımda bu qərarın öz azarkeşlərinə də aid olub-olmayacağını soruşub.

Məsələ ilə bağlı “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. O, İdmanxeber.az saytlna açıqlama verib:

“Xanımlardan və uşaqlardan kim yaxınlaşsa, dediyimiz standartlar çərçivəsində rahatlıqla biletlərini əldə edə bilərdər. “Sabah” üçün əvvəlcədən ayrılmış tribunalardan başqa yerlərdə də bu komandanın azarkeşlərini görə bilərik. Onlar da rahat şəkildə biletləri əldə edə bilər. Biz orada hər hansı bir sorğu aparmayacağıq ki, kim “Sabah”ın və ya “Qarabağ”ın azarkeşidir. Azarkeşlər arasında fər qoymamışıq. Sadəcə onu bildirim ki, kompakt şəkildə oturan rəqib azarkeşlər üçün “Sabah” əvvəlcədən biletləri əldə edib”.

Qeyd edək ki, “Qarabağ” rəsmisinin bu açıqlamasının ardından “Sabah” tərəfilə  də əlaqə saxladıq. Onlar özləri üçün ayrılmış sektorlara qadınlar və uşaqlar üçün bütün biletləri ödənişlə aldıqlarını bildirdilər.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43