“Qarabağ” qapıçı Şahruddin Məhəmmədəliyevlə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, bununla bağlı klubun rəsmi feysbuk səhifəsində “Təşəkkürlər, Şah” yazılı videoçarx paylaşılıb.
Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək. 29 yaşlı qolkiper Super Liqada çıxış edən “Adana Demirspor”la anlaşıb.

