28 İyun 2026
Kateqoriyasız

“Qarabağ” “Trabzonspor”un futbolçusu ilə anlaşdı

“Qarabağ” “Trabzonspor”dan ayrılan Benqali-Fode Koyta ilə anlaşıb.

Bu barədə futbolçunun özü məlumat verib. O bildirib ki, artıq Azərbaycan təmsilçisi ilə razılıq əldə edib: “Mən “Qarabağ”a gəlirəm”.

Qeyd edək ki, 31 yaşlı fransalı hücumçu ölkəsinin U-21, Qvineyanın əsas millisində oynayıb. O, karyerası ərzində “Monpelye”, “Havr”, “Lans”, “Kan”, Blekbern”, “Kasımpaşa” klublarında da çıxış edib. (qafqazinfo)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43