Dünyadan

“Qarabağ” üçün şad xəbər: Makedonlardan “Rudar”a “transfer zərbəsi”

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Rudar” bir futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, Monteneqro çempionu Nemanya Muyskoviçin komandadan getməsinə mane ola bilməyib. 

22 yaşlı müdafiəçi Makedoniyanın “Vardar” klubu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Myuskoviç 2 il idi ki, “Rudar”ın şərəfini qoruyurdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43