Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib.
İdmanxeber.az xəbər verir ki, Qubada “İmişli” “Qarabağ”la qarşılaşıb. Görüş Ağdam təmsilçisinin qələbəsilə başa çatıb – 1:0.
Digər oyunda isə “Zirə” “Karvan-Yevlax”ı qəbul edib. Bu görüşdə ev sahibi komanda rəqibini üstələyib – 1:0.
Turun digər matçları isə sabah və birigün keçiriləcək.
Azərbaycan Premyer Liqası, 20-ci tur
14 fevral
“İmişli” – “Qarabağ” 0:1
Qol: Musa Qurbanlı, 79 (0:1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Quba OİK stadionu, 14:30
“Zirə” – “Karvan-Yevlax” 1:0
Qol: Davit Volkov, 20
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu, 17:00

