Kateqoriyasız

Respublika stadionunun önündə izdiham – FOTOLAR

“Qarabağ”ın Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün biletlər satışa çıxarılıb.

İdmanxeber.az-ın məlumatına görə, oyuna maraq olduqca çoxdu. Saat 11:00-dan Tofiq Bəhrəmov adina Respublika stadionunun kassalarının önündə izdiham yaşanır.

Bundan başqa, biletləri “Iticket.az”dan, Ağdam klubunun Park Bulvardakı fan-şopundan, 28 mall və Gənclik mall ticarət mərkəzlərindəki satış məntəqələrindən almaq olar.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək “Qarabağ” – “Viktoriya” görüşü saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43