04 İyun 2026
Ölkə futbolu

“Qarabağ”da gözlənilməz ad: O, qayıdır?

“Qarabağ” hücum xəttini gücləndirmək üçün çalışmalarını davam etdirir. Ağdam təmsilçisi bu mövqe üçün oyunçu axtarışındadır.

Yeni gələcək hücumçunun əcnəbi olacağı gözlənilir. Mətbuatda artıq bir neçə futbolçunun adı hallanır.

Dünyaca məşhur “Transfermarkt” saytı isə “Qarabağ” üçün gözlənilməz bir oyunçunun adını gündəmə gətirib. Söhbət bir dönəm Ağdam klubunda çıxış etmiş Ramil Şeydayevdən gedir.

Nəşrin iddiasına görə, millimizin forvardının “köhlən atlar”a qayıtma ehtimalı 50 faizdir. Onunla yanaşı, daha bir neçə hücumçunun adı klubla çəkilib.

Şeydayev ötən mövsüm “Neftçi” forması ilə 31 matçda çıxış edib və 4 qol vurub. O, hazırda komandasının əvəzediciləri ilə birgə məşq edir. 

Futbolçu 2021-23-cü illərdə “Qarabağ”da çıxış edib.

İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43