11 Oktyabr 2024
Ölkə futbolu

“Qarabağ”da şok üstünə şok: Daha bir futbolçu zədələndi

“Qarabağ” Reynaldo Silva və Maksim Medvedevin zədələnməsindən sonra daha bir ciddi itki ilə üzləşib.

İdmanxeber.com sportal.az-a istinadən xəbər verir ki, komandanın ispaniyalı yarımmüdafiəçisi Dani Quintana sıradan çıxıb. Belə ki, Dani “Qəbələ” ilə yoxlama matçında əzələsini dartıb.

Onun 17 oktyabrda keçiriləcək Premyer Liqanın 9-cu turunda “Zirə” ilə oyunu buraxacağı dəqiqdir, oktyabrın 22-də Avroliqanın qrup mərhələsində “Monako” ilə baş tutacaq oyunda iştirak edib-etməməsi sual altındadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43