28 İyun 2026
Ölkə futbolu

“Qarabağ”dan 100 qolluq fərq

Azərbaycan çempionatları tarixində ilk dəfə iki komandanın şəxsi oyunlarındakı ümumi top fərqi 100-ü keçib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, bu, “Qarabağ”la “Sumqayıt”ın görüşlərində qeydə alınıb.

İndiyədək 50 dəfə qarşılaşan komandaların matçlarında texniki nəticə nəzərə alınmamaqla Ağdam klubu 124, Sumqayıtın eyniadlı təmsilçisi 23 qola sevinib. 

Qeyd edək ki, iki komanda arasındakı görüşlərdəki ikinci ən böyük fərq “Qarabağ”la “Şamaxı”nın qarşılaşmalarına məxsusdur. Ağdam təmsilçisi 68 topluq üstünlüyə malikdir – 114-46.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43