Ölkə futbolu

“Qarabağ”dan getmirəm” – Gerye

“Qarabağ”ın futbolçusu  Donald Gerye komandadan ayrılacağı iddialarına cavab verib.

Bu barədə açıqlama verən 29 yaşlı yarımmüdafiəçisi Ağdam klubundan getməyəcəyini deyib:

“Lester”ə keçəcəyim iddiaları haqda məlumatım yoxdur. “Qarabağ”dan ayrılmayacağam. Yanvarın 6-sı Antalyada başlayacaq təlim-məşq toplanışına qatılacağam”.

Qeyd edək ki, Haiti mətbuatı Gerye ilə İngiltərənin “Lester” və “Brayton” klubları maraqlandığını yazıb. (qol.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43