Dünya futbolu

“Qarabağ”dan möhtəşəm addım: Ukraynada Bayraq Günü qeyd ediləcək

“Qarabağ” bu axşam Avroliqanın növbəti turunda “Vorskla” ilə qarşılaşacaq.

İdmanxeber.az-ın Poltavaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, sabah ölkəmizdə qeyd ediləcək Bayraq Günü bayramı münasibəti ilə “Qarabağ” klubu möhtəşəm bir addım atıb. Belə ki,  təmsilçimiz komandamızı dəstəkləmək üçün stadiona gələn azarkeşlərimizin hər birinə Azərbaycan bayrağı hədiyyə edərək bayramı bir gün əvvəldən başlatmış olacaq.

Qeyd edək ki, təmsilçimizi stadionda 250-300-ə yaxın azarkeşin dəstəkləyəcəyi bildirilir. Digər tərəfdən isə əməkdaşımız bildirir ki, Poltavada görüşə maraq o qədər də çox deyil. Matç üçün təxminən 8-9 min bilet satılıb.

Xatırladaq ki, “Vorskla” – “Qarabağ” matçı bu gecə saat 00:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43