Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın bu gün növbəti rəqibi bilinəcək.
İdmanxeber.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Tədbiri CBC Sport kanalı canlı yayımlayacaq.
Ağdam klubunun 8 potensial rəqibi aşağıda adları qeyd olunanlardır:
“Atalanta” (İtaliya)
“Bayer” (Almaniya)
“Brayton” (İngiltərə)
“Vest Hem” (İngiltərə)
“Vilyareal” (İspaniya)
“Liverpul” (İngiltərə)
“Reyncers” (Şotlandiya)
“Slaviya” (Çexiya)

