08 İyul 2026
Kateqoriyasız

“Qarabağ”ın 2,63 milyonluq rəqibi (ƏTRAFLI MƏLUMAT)

Çernoqoriya müstəqilliyini yenicə elan etməsinə rəğmən, “Rudar”ın yaradılmağı 1920-ci ilə təsadüf edir. 

İdmanxeber.com-un məlumatına görə, klub əhalisi bosniyalılardan və serblərdən ibarət olan (təqribən 36 min nəfər əhalisi var) Plyevliya şəhərini təmsil edir. Ev oyunlarını isə 10 min tamaşaçı tutumuna malik olan “Qradski” stadionunda keçirir.

Müxtəlif dönəmlərdə keçmiş Yuqoslaviya, Serbiya və Çernoqoriya çempionatlarında mübarizə aparan “Rudar” 2006-cı ildən etibarən müstəqilliyini elan etmiş Çernaqoriyanın Birinci liqasında (2006/07) çıxış etməyə başlayıb. İlk mövsümdə dördüncü olan eyni zamanda, komanda ölkə kubokunun ilk qalibi kimi tarixi düşüb. Sonrakı iki sezonunu beşinci sırada tamamlayan “göy-qırmızılar” 2009/10 mövsümündə gözlənilməz uğura nail oldular. Öncə çempionluğu bayram edən Plyevliya təmsilçisi bir neçə gün sonra ölkə kubokuna da sahib çıxa bildi.

Növbəti illərdə Çernoqoriyanın Birinci liqasında yüksək yerlər uğrunda mübarizə aparan “Rudar” mükafatçılar siyahısına düşə bilsə də, çempionluq sevinci yaşaya bilmirdi. Bunların əvəzində “şərqlilər” ölkə kubokunun üçüncü dəfə qalibi olmağı bacarmışdılar. Bu, 2010/11 mövsümünə təsadüf etmişdi.

Altı illik həsrətdən sonra ikinci dəfə ölkə çempionu olan “göy-qırmızılar” bu uğura heç də asanlıqla nail ola bilmədilər. Çempionluq sevincini isə yalnız son turda “Berane” üzərində qazanılan 4:1 hesablı qələbə sayəsində yaşa bildilər.

Qazanılan nəticələr sayəsində “Rudar” avrokuboklarda iştirak edə bilib. Komanda müxtəlif vaxtlarda qitənin hər iki nüfuzlu klub turnirində mübarizə aparıb. Çernoqoriya bayrağı altında 2007/08 mövsümündə UEFA kubokunda (indiki Avropa Liqası) debüt edən Plyevliya təmsilçisinin ilk cəhdi uğursuz oldu. Birinci təsnifat mərhələsində Kiprin “Omoniya” klubu ilə qarşılan “Rudar” hər iki oyunda eyni hesabla (0:2) məğlub olaraq mübarizəni dayandırdı. 

2010-cu ildəki “Qızıl dubl”dan sonra Çempionlar Liqasına vəsiqə qazanan “göy-qırmızılar” ilk mərhələdə asan rəqiblə – San-Marinonun “Tre-Fiori” klubu ilə qarşılaşdılar. Çernoqoriya klubu avrokuboklardakı ilk və son qələbələrini (3:0, 4:1) bu komanda üzərində qazandı. Növbəti mərhələdə Bolqarıtan “Liteks”iylə qarşılaşan “Rudar” hər iki oyunda rəqibinə boyun əydi. 

Onların 2011/12 mövsümünə Avropa Liqasına təsadüf edən üçüncü cəhdi elə ilk mərhələdəcə başa çatdı. “Avstriya”nın “Austriya” klubu hər iki görüşdə çerneqoriyalıları asanlıqla məğlub etdi.

Sabit heyəti olan “Rudar”ın futbolçularının ümumi dəyəri 2,63 milyon avrodu. Komandada orta yaş həddi 26,1-di. Plyevliya təmsilçisinin heyətində cəmi 5 legioner var. Onlardan iki yapon və serb, bir isə kamerunludu.  

Komandanın lideri qapıçı Milos Radanoviç hesab edilir. 34 yaşlı qolkiper elə klubun yetirməsidi. O, müxtəlif vaxtlarda legioner həyatı da yaşayıb. Komandanın meydandakı lideri isə Nedelyko Vlahoviçdi. 31 yaşlı futbolçunun oyun zamanı işi hücumçuları topla təmin etməkdi. 2009-cu ildən “göy-qırmızılar”ın şərəfini qoruyan Vlahoviç komandanı kapitan kimi də meydana çıxarır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43