Ötən mövsüm “Qarabağ-2”də çıxış edən Elvin Nəsibovun yeni klubu müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, 27 yaşlı hücumçu karyerasını yeni mövsümdə I Liqada çıxış edəcək “İrəvan” klubunda davam etdirəcək.
Qeyd edək ki, “Qarabağ”ın yetirməsi bundan öncə “Zaqatala, “Sumqayıt” “Kəpəz”, MOİK-də çıxış edib.


