15 İyun 2026
Dünya futbolu

“Qarabağ”ın futbolçusu qələbəyə sevindi

Monteneqro millisi səfərdə Cəbəllütariqə 2:1 hesabı ilə qalib gəlib.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın futbolçusu Marko Yankoviç oyuna start heyətində çıxıb və 74-cü dəqiqədə Miloş Brnoviçlə əvəz olunub.

7 oyundan sonra 9 xal toplayan Monteneqro qrupda dördüncü pillədə qərarlaşıb.

Komanda seçmə mərhələnin son matçını noyabrın 17-də Xorvatiyaya qarşı evdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43