08 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın futbolçusu Super Liqa klubunda – FOTO

“Qarabağ”ın müdafiəçisi Kevin Medina karyerasını Türkiyədə davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə jurnalist Ertan Süzgün sosial şəbəkə hesabından paylaşım edib. O, Medinanın iyulun 11-də “Linkoln” oyunundan sonra klubdan ayrılacağını yazıb.

Süzgün futbolçunun “Çaykur Rizespor”la anlaşdığını bildirib. Rizə klubu ötən mövsüm I Liqada mübarizə aparsa da, Super Liqaya vəsiqə qazanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43