08 İyul 2026
Ölkə futbolu

“Səbail” “Kəpəz”i məğlub etdi – YENİLƏNİB

“Səbail” və “Kəpəz” bu gün öz aralarında yoxlama oyunu keçirib.

İdmanxeber.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüşdə Bakı təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. “Səbail”in qollarını 68-ci dəqiqədə Pedro Nunu, 70-ci dəqiqədə Adil Nağıyev vurublar. “Kəpəz”də isə Nicat Fərəci fərqlənib.

Qeyd edək ki, ötən mövsüm Misli Premyer Liqasını “Kəpəz” 8-ci, “Səbail” 9-cu pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43