Dünyadan

“Qarabağ”ın futbolçusunun yeni baş məşqçisi müəyyənləşdi

Makedoniya milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, Makedoniya Futbol Federasiyası boş qalmış baş məşqçi postuna Lyubinko Druloviç gətirib.

47 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Makedoniya millisinin heyətində “Qarabağ”ın futbolçusu Muarem Muarem də yer alır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43