Kateqoriyasız

“Qarabağ”ın legioneri Rusiya klubunun maraq dairəsində

“Qarabağ”ın futbolçusu Marko Veşoviç karyerasını Rusiyada davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, bu barədə məlumatı agent Aleksandar Ristiç “RB Sport”a açıqlamasında verib.

Onun sözlərinə görə, Rusiya Premyer Liqasında çıxış edən bir neçə komanda 31 yaşlı monteneqrolu müdafiəçi ilə maraqlanıb:

“Həqiqətən də, Veşoviçə Rusiya klublarından maraq var idi. Onun sözləşməsi 2023-cü ilin yayınadək qüvvədədir. Qışda Rusiyadan konkret təklif gəlsə, oyunçu bunda maraqlı olacaq. Veşoviç Rusiya çempionatında iştirak etmək istəyir”.

Veşoviç 2021-ci ildən “Qarabağ”ın formasını geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43