Kateqoriyasız

“Qarabağ”ın oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasının 3-cü turunda keçirilməli olan “Turan Tovuz” – “Qarabağ” matçı təxirə salınıb. 

İdmanxeber.az  xəbər verir ki, bu barədə PFL məlumat yayıb. “Qarabağ”ın müraciəti, “Turan Tovuz”un razılıq məktubuna əsasən, “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki oyunlarının ölkə idmanı üçün əhəmiyyətini nəzərə alan PFL sözügedən qarşılaşmanın təxirə salınması qərarını qəbul edib.

Oyunun nə vaxt keçirələcəyi barədə daha sonra əlavə məlumat veriləcəyi bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43