“Düzünü desəm, bunu gözləmirdim. Məşqçi Andrey Davidyuk mənə zəng etdi və yaxşı mənada çox təəccübləndim. Mən şokdayam”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Polşa millisinə dəvət alan “Qarabağ”ın qapışısı Mateus Koxalski deyib. O, daha sonra belə davam edib:
“Oynamaq şansım olsa sevinərdim. Amma çətin olacağını bilirəm. Ümid edirəm ki, daha sadəcə məşq edən qapıçı olmayacağam. Amma olsam belə, buna etiraz etməzdim”.
Koxalski 2024-cü ilin iyun ayında da Polşa millisinə dəvət alıb. DÇ-2024-ə hazırlıq prosesində milliyə çağırılan qapıçı məşqlərdə iştirak etsə də, oyun şansı qazanmayıb.

