25 İyun 2026
Dünya futbolu

“Qarabağ”ın rəqibi 130 milyona futbolçu alır

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Liverpul” “Nyukasl”ın hücumçusu Aleksander İsakı transfer etmək üçün növbəti addımı atmağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar” 24 yaşlı forvard üçün 130 milyon funt-sterlinq və bonuslar təklif edə bilər.

Daha əvvəl “Nyukasl” 110 milyonluq təklifi rədd etmiş və oyunçu üçün 150 milyon funt tələb etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43