Dünya futbolu

“Qarabağ”ın rəqibi liderlə bacarmadı

Belçika çempionatında 24-cü turun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” öz meydanında turnir cədvəlinin lideri “Genk”lə qarşılaşıb. 5 qolun qeydə alındığı matçda Ağdam klubunun rəqibi “Genk”ə uduzub – 2:3.

Hazırda aktivində 38 xalı olan “Gent” 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında oyunlar fevralın 16-da Bakıda, 23-də isə Belçikada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43