Ölkə futbolu

“Sabah” oyunu öncəsi “Səbail”də ciddi itki

Misli Premyer Liqasının XXI turunda “Sabah” doğma meydanda “Səbail”lə üz-üzə gələcək.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “dənizçilər” bu oyuna ciddi itki ilə çıxacaqlar. Belə ki, komandanın əsas silahlarından Ağabala Ramazanov zədə səbəbindən bu görüşü də buraxacaq.

Zədəsini yeni sağaldan təcrübəli hücumçunun adı ötən tur “Kəpəz”lə oyunun iştitrak ərizəsinə salınsa da, Ramazanov “Sabah”a qarşı komandasına kömək edə bilməyəcək.

“Sabah” – “Səbail” qarşılaşması saat 18:00-da başlayacaq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43