05 İyun 2026
Dünya futbolu

“Qarabağ”ın rəqibi yeni transferini açıqladı

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Benfika” yeni transferini rəsmiləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, Portuqaliya klubu 18 yaşlı yarımmüdafiəçi Federiko Koletta ilə 2028-ci ilə qədər müqavilə imzalayıb. İtaliya U-19 millisinin üzvü “Roma”dan transfer olunub və “Benfika”nın B komandasında çıxış edəcək.

Koletta ötən mövsüm “Roma”nın U-20 komandasında 38 oyunda 14 qol vurub. O, həmçinin İtaliya ilə Avropa çempionu tituluna sahibdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43