15 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın sabiq qapıçısını buraxmırlar

“Dinamo” Lunyovla müqaviləni uzatmaq niyyətindədir.

İdmanxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva “Dinamo”su “Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyovun çıxışından razıdır və onunla yeni müqavilə imzalamağı planlaşdırır.

35 yaşlı qolkiperin sözləşməsi bu yay başa çatır. Müqavilədə müddətin 1 il uzadılmasını nəzərdə tutan bənd var və bu, tərəflərin razılığı ilə aktivləşdirilə bilər.

Danışıqlar hələ başlamayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43