Kateqoriyasız

“Qarabağ”ın zədəlisindən son xəbər: “İnter”lə görüşdə iştirak edəcəkmi?

Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi" ilə matçda zədələnən "Qarabağ"ın futbolçusu Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Bədavi Hüseynovun müalicəsi davam edir. Futbolçunun "İnter"lə matçda forma geyinmək şansı az olsada, oynuyub-oynamayacağı oyun günü bəlli olacaq.

Qeyd edək ki, "Qarabağ" – "İnter" matçı saat 21:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43