Kateqoriyasız

“Qarabağ”la oyun öncəsi “Olimpiakos” üçün ŞOK XƏBƏR

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”ı qonaq edəcək “Olimpiakos”un iki futbolçusu sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komandanın əsas qapıçısı Tomaş Vatslik Çexiya millisinin İsveçrə ilə oyununda zədələnib və 46-cı dəqiqədə əvəzlənib.

Cənubi koreyalı Hvan Uy Co isə Kameruna qarşı yoldaşlıq görüşündə zədə alıb. 72-ci dəqiqədə oyuna daxil olan hücumçu 10 dəqiqə sonra əvəzlənib.

Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43