Kateqoriyasız

“Qarabağ” – “Olimpiakos” matçına bu qədər bilet qalıb

“Qarabağ” – “Olimpiakos” oyununa qalan biletlərin sayı açıqlanıb

İdmanxeber.az-ın məlumata görə,  qarşılaşma üçün cəmi 2 min bilet qalıb. indiyədək satışa çıxarılmış 29 000 biletin hamısı satılıb. Son 2 000 bilet isə oktyabrın 12-dən satışda olacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29 və 38-ci sektorlar üçün nəzərdə tutulmuş biletləri yalnız kassalardan almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43