05 İyul 2026
Dünya futbolu

Qasperini “Roma”ye keçməyə yaxındır

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini komandadan ayrılır.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis “Roma” ilə danışıqlara başlayıb. Tərəflərin razılığa gəlməyə yaxın olduğu bildirilir.

67 yaşlı mütəxəssis ən qısa vaxtda “Atalanta”nı tərk edəcək.

Qeyd edək ki, Qasperinin komandası bu mövsüm İtaliya A Seriyasını 74 xalla 3-cü yerdə başa vurub. Qasperinin klubu ilə müqaviləsi yayda bitir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43