İdman

“Qəbələ” rüsvay etdiyi komandanın futbolçusunu alır

Avropa Liqasının qrup mәrhәlәsinin oyunlarına hazırlaşan “Qәbәlә” heyәtini gürcü futbolçu ilә güclәndirәcәk.

İdmanxeber.com-un görә, “qırmızı-qaralar” Avropa Liqasının 1-ci tәsnifat mәrhәlәsindә mәğlub etdiklәri Gürcüstan “Samtredia”sından Budu Zivzivadzeni heyәtә qatacaq.

Artıq tәrәflәr arasında razılaşma әldә olunub. Onun sabah Bakıya gәlib müqavilә imzalayacağı gözlәnilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43