Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.
İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz “Qəbələ” səfərdə Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşıb.
Görüşün taleyini bir qol həll edib. Matçın 36-cı dəqiqəsində İlqar Qurbanov cərimə meydançasında əllə oynayaraq penaltiyə səbəb olub. "Panatinaikos"un futbolçusu Mollins dəqiq oynayaraq komandasına qələbə qazandırıb.
Xatırladaq ki, “Qəbələ” 2015/2016 mövsümündə Avroliqanın pley-off mərhələsində sözügedən klubla qarşılaşıb. Bakıda keçirilən ilk oyunda qolsuz heç-heçə edən təmsilçimiz Afinadakı görüşdə 2:2 hesablı nəticə ilə qrup mərhələsinə vəsiqə qazanmışdı.
27 iyul
Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyun
22:30. “Panatinaikos” – “Qəbələ” 1:0
QOL: Qilyerme Molins, 36-pen
Baş hakim: Xuan Martines Munuera
Yan xətt hakimləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font
Dördüncü hakim: Mario Malero Lopes (hamısı İspaniya)
Hakim-inspektor: Lesli Ayrvin (Şimali İrlandiya)
UEFA nümayəndəsi: Yanis Mejeçkis (Litva)