Kateqoriyasız

“Qəbələ”nin rəqibi kubok matçına çıxır

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Krasnodar” bu gün Rusiya kubokunda növbəti matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Krasnodar təmsilçisi öz meydanında “Anji”ni qonaq edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyun Rusiyanın Sport Plyus telekanalı vasitəsi ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43