"Qəbələ" Bosniya və Hersoqovina millisinin heyətində zədələnən Ermin Zetsdən şad xəbər alıb.
Klubun mətbuat xidmətindən İdmanxeber.com-a verilən məlumata görə, bosniyalı futbolçunun zədəsi ciddi deyil. Həkim müayinəsindən keçən futbolçu elə yığmanın düşərgəsində qalıb.
O, həm qarşıdakı "Neftçi" ilə, həm də Avroliqada Dortmund "Borussiya"sı ilə oyunda "qırmızı-qaralar"a kömək edə biləcək.