“Real”ın təcrübəli futbolçusu Serxio Ramos mətbuata açıqlamasında komanda yoldaşı Kriştiano Ronaldo haqda danışıb.
O, portuqaliyalı superulduzun bu il “Qızıl top”a layiq olduğunu deyib:
“Bəlkə də, əvvəlki illərdə Messi Ronaldonu qabaqlayırdı. Ancaq Kriştiano 2013-cü ildəki çıxışı ilə sübut etdi ki, Messidən zəif deyil. Fikrimcə, il onun üçün çox yaxşı alındı. Bu mənada, “Qızıl top” mükafatını Ronaldo qazanmalıdır. O buna layiqdi.