Lionel Messi “Titan Sports” nəşrinə müsahibə vertib.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçu “Qızıl top”un özü üçün o qədər də vacib olmadığını bildirib.
“Qızıl top? Karyeramın bu mərhələsində mən bunu belə qəbul edirəm: versələr yaxşı olar, almasam, eybi yox.Bundan narahat deyiləm. Həyatımın indiki məqamında bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur.
Həmişə demişəm ki, mənim üçün fərdi mükafatlar deyil, kollektiv qazanılan nəticələr önəmlidir. Hazırda ən vacib mükafat dünya çempionatıdır. Bu, mənim üçün ən böyük uğurdur”.

