08 İyul 2026
Kateqoriyasız

Qurban Qurbanov: “Futbolçularımdan ciddi narazılığım yoxdur”

Premyer Liqanın 33-cü turu “Qarabağ” üçün uğurlu alınmayıb.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi Lənkəran səfərində də qələbəyə həsrət qalıb – 1:1.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra bunları deyib:

“Qəbələ” ilə matçdan sonra, yəqin ki, fikirlərimi oxumuşdunuz. Bildirmişdim ki, “Xəzər Lənkəran”a qarşı oynamaq bizim üçün çətin olacaq. Rəqibin heyətindəki gənc və istəkli futbolçular, məncə, tam güclərini ortaya qoydular. Onlardan xoşum gəldi. Futbolçularımdan ciddi narazılığım yoxdur. Uzun yoldan sonra futbolçularım yaxşı təsir bağışladılar. Mövsümün sonuna doğru getdikcə yorğunluq meydana gəlir”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43