19 İyun 2026
Ölkə futbolu

Qurban Qurbanov: “Hamı oyundan həzz aldı”

“Qarabağ” – “Viktoriya” (1:1) matçından sonra Qurban Qurbanovun mətbuat konfransındakı açıqlamaları:

“Futbolçulardan razı qaldım. azarkeşlərə xüsusi təşəkkürümü bildirirəm.Təəssüflər olsun ki, futbolda belə nəticələr olur. Əvəzləmələrin oyuna təsiri olmadı. Oyunun gedişatı bunu tələb edirdi. Çalışmalıyıq ki, bu oyunu unudub Avroliqadakı pley-off matçına köklənək. İnamımızı itirməməliyik. Hamı bu oyundan həzz aldı. Düzdür, Çl-də bu mərhələdə dayanmaq təsiredicidir. Mərhələ adlamaq yəqin ki, qismətimizdə yox idi”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43