04 İyul 2026
Ölkə futbolu

Qurban Qurbanov: “Komanda istəklidir”

“Komanda istəklidir. Yaxşı oyun və nəticə ilə Bakıya qayıtmaq istəyirik”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Finlandiyada HİK-ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis var güclərini meydanda qoyacaqlarını bildirib: “Meydan süni örtüklüdür, amma buna hazır olmalıyıq. Ən yaxşısını etməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, avqustun 17-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk matçda “köhlən atlar” qələbə qazanıb – 2:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43