Ölkə futbolu

Qurban Qurbanov: “Oyunçularımın yanındayam”

Avroliqanın qrup mərhələsinin III turunda “Qarabağ” “Vorskla”nı qəbul edib. Təmsilçimizin baş məşqçisi Qurban Qurbanov oyundan sonra görüş barəsində fikirlərini bildirib:

“Çox üzgünük. Qalib gəlmək üçün hər şeyi etdik. Rəqib müdafiədə çox yaxşı oynadı. Hər şeyə rəğmən kifayət qədər imkanımız olsa da, istifadə edə bilmədik. Rəqibin qapıya bir zərbəsi oldu. O da qolla nəticələndi. Təəssüf ki, istədiyimiz oyunu oynaya bilmədik. Futbolçularımın üzərinə çox da gediləsi deyil. Qrafikimiz çox sıxdı. Artıq növbəti oyunlara hazırlaşırıq”.

-Neçənci oyunduki artıq komandada həlledici anlarda çatışmamazlıq olur. Bunu nə ilə əlaqələndirisiniz ?

-Müxtəlif səbəbləri ola bilər. Oyunçularım  yorğunçuluğu da,  ustalıq səviyyəsini də səbəb kimi göstərmək olar. Dünən “Atletiko”nun məğlub olduğu oyuna baxsaq onlar da kifayət qədər imkan yarada bildilər. Ancaq istifadə edə bilmədilər. Futbolda bəzən bu cür halllar olur. Hiss olunur ki, üzərimizdə daha çox çalışmalıyıq. Bu,  hamının başına gəlir. Böyük klubların da, bizim də.

-Qol anında qapıçının səhvi çox idi yoxsa, müdafiəçilərin ?

-Qapıçını səhvi var idi. Məsafə çox uzaq idi. Belə topları qapıçılar rahatlıqla  götürməlidirlər. Müdafiədə də müəyyən səhvlər ola bilər. Ancaq qol epizodun da məhz qapıçı səhvi var idi. Ancaq belə halları ilk dəfə görmürük. Futbolda belə hallar çox olur. Bu gün də təəssüf ki, bizim başımıza gəldi. Hər şeyə rəğmən mən onlara güvənirəm. Mən futbolçularımın yanındayam.

-Halldorssonu yenidən “Qarabağ”ın qapısında görəcəyik ?

-Qapıçı mövqeyi ən ağır mövqeydir. Onu çox tez-tez dəyişmək də olmur. Bu günə qədər hər qapıçıya şans veririk. Ola bilər ki, yenə dəyişiklik olsun. Ancaq bu gün Vaqneri məsləhət bilmişdik.

-Əvəzetmələr etimadınızı doğrultdu ?

-Bizim oyunumuz Gerye ilə Maksimin üzərinə qurulmuşdu. Hər kəsi müəyən dəqiqələrdə rəqib qapısına yaxın görə bilirdik. Bunu da rəqibin oyununa görə etmişdik. Nəticə dəyişməyibsə, onlar da özlərini doğrultmayıblar deməkdir. Qaçan epizodları görəndə insan çox təsirlənir. Bütün oyunçularım özlərini yaxşı tərəfdən göstərməyə çalışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43