“Çox çətin oyun oldu. Möhtəşəm mübarizə keçdi. Rəqib olduqca intizamlı komandadır. Futbolçularıma təşəkkür edirəm. Qələbəni ordumuza həsr edirik. Sanki onların da gücü bizlə idi. Oyundan əvvəl futbolçularla bu barədə danışmışdıq. Həddən artıq aqressiv olmağımız bizə pis təsir edə bilərdi”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Molde” qələbəsi barədə danışarkən deyib. Təcrübəli mütəxəssis daha sonra belə davam edib:
“Andrey Lunyovun performansı normal idi. Çox sərbəst oynayır, təcrübəli qapıçıdır. Ancaq bunlar onu rahat etməməlidir. Bu gün oyunumuz alındısa, qarşıdakı görüşlər daha çətin ola bilər. Redon Cica zədə aldığı üçün oynada bilmədik. Bu gün onun da yeri göründü. Sürətindən istifadə edə bilərdik. Amma onun yerinə çıxış edən Juninyo da pis oynamadı”.
Qurbanov qrupdakı digər rəqiblərimiz olan “Bayer” və “Haken”ə qarşı görüşlər barədə də danışıb:
“Bundan sonra bizə qarşı daha ciddi yanaşacaqlar. Rəqiblər ilk oyunlardan sonra daha yaxşı olurlar. Biz bu tempi qoruyub saxlamalıyıq. Heç bir rəqibə qarşı oyunu itirməməliyik. Daha təcrübəli, soyuqqanlı davranmalıyıq”.

